Tayvan ətrafında 34 Çin təyyarəsi və 9 gəmi aşkar edilibbackend

Tayvan ətrafında 34 Çin təyyarəsi və 9 gəmi aşkar edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvan Müdafiə Nazirliyi dünən axşamdan bu gün səhərə qədər adanın ətrafında Çinə aid 34 hərbi təyyarə və 9 döyüş gəmisinin göründüyünü açıqlayıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

2 SU-30, 2 J-11, 4 J-10, 6 J-16 döyüş təyyarəsi, 1 “Y-8 EW” dəniz nəqliyyatı, 1 “Y-8 ASW” dəniz patrulu və 2 “Y-8” ELINT” elektron kəşfiyyat təyyarəsi və “BKZ-005” və “BKZ-007” tipli hərbi pilotsuz təyyarələr Tayvan boğazında tərəflərin təsir zonalarını məhdudlaşdırmaq üçün nəzərdə tutulan hava və dəniz xətlərini keçib və Tayvan “Hava Hücumundan Müdafiənin Müəyyənləşdirilməsi Zonası (ADIZ)” sahədə qeydə alınıb.

Adanın ətrafında aşkarlanan 34 hərbi təyyarə və 9 gəminin elektron izləmə cihazları, patrul təyyarələri, gəmilər və yerüstü raket sistemləri ilə izləndiyi bildirilib.