Tayvan hökumətinin rəsmiləri maaşlarının bir hissəsini Türkiyəyə bağışlayacaqbackend

Tayvan hökumətinin rəsmiləri maaşlarının bir hissəsini Türkiyəyə bağışlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvan hökumətinin rəsmiləri maaşlarının bir hissəsini Türkiyəyə bağışlayacaq.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Bildirilib ki, Tayvan lideri Tsai İnq-ven və yüksək rütbəli hökumət rəsmiləri Kahramanmaraşda 10 əyalətdə zəlzələdən sonra fəsadların aradan qaldırılması işlərinə dəstək üçün maaşlarının bir hissəsini verəcəklər.

Tsaydan başqa, vitse-prezident Lai Çinq-te, baş nazir Çen Çien-jen və baş nazirin müavini Çenq Ven-tsan da əməkhaqqını bağışlamağa söz veriblər.

Tayvan hökuməti 2 milyon dollar, Tayvan xalqı isə hökumətin ianə hesablarına indiyədək 340.000 dollardan çox pul köçürüb.

Bundan əlavə, Tayvan Türkiyəyə 130 nəfərdən ibarət iki axtarış-xilasetmə qrupu göndərib.

“Türkiyənin 20 il əvvəl bizə etdiyi yaxşılığı geri qaytarırıq”, Tayvan lideri Tsai bildirib.

Xilasetmə dəstəsində olan zabitlər Türkiyəyə 1999-cu ildə göstərdiyi köməyə görə təşəkkür edərək, bütün resursları və imkanları ilə kömək etməyə hazır olduqlarını vurğulayıblar.