Abşeron rayonu, Masazır qəsəbəsində eyvandan yıxılan 15 yaşlı Ayan Aslanovanın vəziyyəti ağır, stabil olaraq qiymətləndirilir.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, onun vəziyyətində müsbət dinamika müşahidə edilir: “Pasiyentdə əlavə oksigen dəstəyinə ehtiyac yoxdur. Pasiyentin hemodinamikası stabildir, zəruri tədbirlər görülməkdə davam edilir”.
Xatırladaq ki, hadisə yanvarın 3-də baş verib. Sosial şəbəkələrdə yeniyetmənin eyvandan yıxılmasından sonra saat yarım ərzində təcili tibbi yardım maşınının gəlməməsi barədə məlumatlar paylaşılıb. TƏBİB isə A.Aslanova üçün daxil olan çağırışla əlaqədar araşdırma aparıldığını bildirmişdi.