TƏCİLİ: DTX Müdafiə Nazirliyində əməliyyat keçirdi, həbs olunan varbackend

TƏCİLİ: DTX Müdafiə Nazirliyində əməliyyat keçirdi, həbs olunan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirib. 

İnterpress.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata, nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi, polkovnik Xələfov saxlanılıb.

Dünən Səbail rayon Məhkəməsində onun barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Polkovnik Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilir.

O, yarım milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.