TƏCİLİ: Nəciməddin Sadıkov cərimələndi, dəyən ziyanı ödədibackend

TƏCİLİ: Nəciməddin Sadıkov cərimələndi, dəyən ziyanı ödədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Müdafiə Nazirliyi müdafiə nazirinin sabiq birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Nəcməddin Sadıkov qəza törədib.

İnterpress.az xəbər verir ki, bu barədə “Report”a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, yanvarın 7-də 90-AS-020 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində N.Sadıkov hadisə üzrə təqsirli bilinib:

“İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsi üzrə onun barəsində protokol tərtib olunub. Hadisə qanunvericiliyin tələbələrinə uyğun olaraq sənədləşdirilib. Digər nəqliyyat vasitəsində dəymiş ziyan ödənilib. Nəcməddin Sadıkov barəsində tərtib olunmuş cəriməni ödəyib”.