TƏCİLİ: Xırdalanda dəhşətli partlayış, yaralılar var – VİDEObackend

TƏCİLİ: Xırdalanda dəhşətli partlayış, yaralılar var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xırdalanda yaşayış binasında baş verən partlayışla bağlı iki nəfər Yanıq Mərkəzinə yerləşdirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Yanıq Mərkəzindən məlumat verilib.

***

Saat 21:45

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasındakı mənzildə partlayış olması barədə ilkin məlumat daxil olub.

İnterpress.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, yanğın hadisəsi yoxdur.

Əlavə məlumat veriləcək.

***

Saat 21:44

Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-in mətbuat xidmətindən bildirilib ki, AAAF parkda yanğın olması barədə “112” qaynar xəttinə məlumat daxil olub.

Nazirliyin Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Saat 21:29

Xırdalanda yaşayış binasında partlayış olub.

İnterpress.az xəbər verir ki, hadisə AAAF Park Yaşayış kompleksində olub.

İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.