Bu gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.
Bu barədə İnterpress.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, qəza Xocavənd rayonu ərazisində baş verib.
Qəza nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar var.
Qəzanın baş vermə səbəbləri və digər təfərrüatlar barədə daha ətraflı məlumat veriləcək.