Dağıstanda təhlükəsizlik kəməri taxmayan sürücü başı partlayıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Dağıstanda insan ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Çerkey-Qızılyurd avtomobil yolunda baş verib.
“Lada Priora” markalı avtomobil düz yolda hərəkət edərkən qəfildən idarəetmədən çıxaraq aşıb.
Təhlükəsizlik kəməri taxmayan sürücü güclü zərbənin təsirindən maşının içində fırlanaraq sərnişin oturacağına düşüb.
Bu zaman ağırn kəllə-beyin zədəsi alan və kəllə sümüyü tamamilə parçalanan sürücü aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə dərhal xilasedicilər, yol polisi və təcili yardım briqadası cəlb olunub.
İlkin araşdırmalara görə, qəzaya sürücünün yüksək sürət həddini aşması və sükan arxasında təhlükəsizlik kəmərindən istifadə etməməsi səbəb olub.
Faktla bağlı rəsmi təhqiqat aparılır.

Xuraman Etibarlı
İnterpress.аz






