İranın paytaxtı Tehranda baş vermiş partlayışda 9 nəfər ölüb, 9 nəfər yaralanıb.
İnterpress.az-ın məlumatına görə, hadisə Tehranın Robat Kərim bölgəsində 3 mərtəbəli binada baş verib.
Məlumata görə, binada partlayışa səbəb qaz sızması olub.
Partlayış nəticəsində bina tamamilə dağılıb.
Dağıntılar altında qalanların xilas edilməsi üçün işlər davam etdirilir.