Təl-Əvivə ARTAN TƏZYİQLƏR: “İsrail istədiyinə tam nail olmayacaq” – Konfliktoloqbackend

Təl-Əvivə ARTAN TƏZYİQLƏR: “İsrail istədiyinə tam nail olmayacaq” – Konfliktoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin-İsrail münaqişəsi fonunda son günlər İsrailə təzyiqlər çıxalıb, hətta ölkə rəhbərlərinin Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunması tələb olunur.

Bu təzyiqlərin artması İsrailin təklənməsi kimi səslənmir ki?

Mövzu ilə bağlı İnterpress.az-ın suallarını konfliktoloq Elman Vəliyev cavablandırıb.

“Təklənmək deməzdim, amma təzyiqlər güclüdür. Bəzi dövlətlər yaxşı başa düşür ki, Amerika, İsrail getdikcə daha qarçısıalınmaz hala gələ bilər.

İsrail istədiyinə tam malik ola bilməyəcək, təbii ki. Rəfah uğrunda mübarizə aparır hazırda. Fələstini blokada şəraitində saxlamağa çalışacaq”, – politoloq deyib.

Daha sonra o, Fələstinin gün ərzində bir neçə dövlət tərəfindən tanınmasına da münasibət bildirib.

“Fələstini tanıyacaqlar və tanıyandan sonra idarəçiliyi Mahmud Abbasa da verə bilərlər. Belə ehtimallarım var.

İsrail İstədiyi o idi ki, HƏMAS-ı aradan götürsün, müsəlmanların inancın qırsın və Qəzzanı tamam ələ keçirsin. Lakin sonunda Fələstin bir dövlət kimi tanınacaq və qeyd etdiyim kimi, İsrail istədiyinə tam nail olmayacaq”, – konfliktoloq qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az