Moskvalı tələbə qız dələduzlara 3 kiloqram qızıl, 100 min avro və Cartier saatı verərək 50 milyon rubldan (təxm. 800 yüz min man) çox pul itirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Hər şey onu SMS-dən kodu verməyə inandıran “MTS işçisi”nin zəngi ilə başlayıb. Bunun ardınca FTX və “Rosfinmonitorinq”in saxta nümayəndələri onu terrora kömək etməkdə günahlandıran və “ittihamları ləğv etmək” üçün əməkdaşlıq təklif edən zənglər edib
Qız fırıldaqçıların göstərişinə əməl edərək pulu çıxarıb, telefon alıb, pulu “seyf hesaba” köçürüb və videozəng vasitəsilə qızıl külçələrin və digər qiymətli əşyaların saxlandığı seyfin kodunu yığıb.
Nənəsinin eyni fırıldaqçılarla danışdığını eşidəndə aldatma üzə çıxıb.
Xuraman Etibarlı
İnterpress.az