“Terror hadisəsinə görə İran dövləti cavab verməlidir”backend

“Terror hadisəsinə görə İran dövləti cavab verməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Terror hadisəsinə görə İran dövləti cavab verməlidir. Bunu erməni şəxsin etdiyini əsas gətirməsinlər. İlkin məlumata görə terroru həyata keçirən İran vətəndaşı Yasin Hüseynzadədir. Onun SEHAP-la əlaqəsinin olması da üzə çıxmaqdadır”.

İnterpress.az xəbər verir ki, bunu yazıçı Azər Qismət deyib.

Onun sözlərinə görə, Azərbaycanın sıravi vətəndaşından tutmuş ictimai-siyasi xadimlərə kimi hamı İrandan obyektiv araşdırmanın nəticəsini gözləyir: “Bir tərəfdən onsuz da təhqiqatın obyektiv araşdırılacağına inanmırıq. Çünki terrorun baş verməsindən keçən saatlar ərzində erməni izi axtarıb tapmağa çalışdılar. Belə çıxır ki, İranda heç bir diplomatik korpusun fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Çünki istənilən vaxt hücuma məruz qalıb, diplomatlar qətlə yetirilə bilər. İran aydınlıq gətirsin ki, qanlı hadisənin baş verdiyi zaman mühafizəçilər harda olub? Niyə polis terrorun qarşısını almağa cəhd göstərməyib? Belə çıxır ki, İranda heç bir səfirliyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət yoxdur. Artıq İran beynəlxalq qınaqdan yayınmaq üçün bunu məişət zəmini üzərinə kökləyir, terrorçunun ora azyaşlı uşaqla gəlməsi bayatısını ifa edir. Hadisədən keçən müddət ərzində operativ tədbirlərin görülməməsi də göstərir ki, İran tərəfi hadisənin obyektiv araşdırılmasında maraqlı deyil. Hər halda gedişat bunu deməyə əsas verir. Biz yüksək qonşuluq münasibətini qorumağa çalışdıq. Təəssüf ki, qarşı tərəf qırmızı xətti keçdi”.