Rusiyadan Tailanda uçan təyyarədə insident baş verib.
İnterpress.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilir ki, Xabarovsk-Pxuket reysi ilə uçan sərxoş sərnişin qalmaqal yaradıb, paltarlarını çıxarıb və koridorda uzanıb.
Cütlük artıq sərxoş halda təyyarəyə minib, təyyarədə içki içməyə və nalayiq davranmağa davam edib.
Onları sakitləşmək istədikdə qadın “Heç kimə borcum yoxdur” cavabını verib.
Bir anda qız oğlana tualetə getməyi təklif edib, amma oraya çatmamış koridorda soyunub. Bələdçilər onu örtüklə örtüblər.
Hadisə şahidləri bildiriblər ki, sərnişin əvvəlcə sərnişin həmkarlarını incitməyə başlayıb. Sonra keçiddə uzanıb soyunmağa başlayıb. Yalnız yuxu qadını dayandıra bilib. Qız yuxuya gedən kimi yenidən kresloya oturdublar.
Xuraman Etibarlı
İnterpress.az