“The Times”: Tramp Ukraynaya nifrət edir – FOTObackend

“The Times”: Tramp Ukraynaya nifrət edir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp Ukraynaya nifrət edir.

İnterpress.az xəbər verir ki, bu barədə “The Times” yazıb.

Nəşrin yazdığına görə, Tramp Ağ Evdəki ilk müddətindən bəri Zelenskiyə və Ukraynaya düşmən münasibət bəsləyir.

2019-cu ildə Tramp Ukrayna hakimiyyətinə ABŞ-nin keçmiş vitse-prezidenti Co Bayden və oğlu Hunterlə bağlı araşdırma aparmaq üçün təzyiq göstərmək məqsədilə Kiyevə ayrılan 400 milyon dollara yaxın hərbi yardımı dondurması ilə bağlı ittihamlarla üzləşib. Bu, 2020-ci il prezident seçkiləri ərəfəsində baş verib.

“Tramp hətta şəxsi vəkilini Ukraynaya göndərib ki, Zelenskini istintaqı açıq elan etməyə inandırsın.

Bu, Baydenin qalib gəlmə şansına ciddi zərbə vura bilərdi. Lakin Baydenin qanunsuz hərəkətlərinə dair heç bir sübut ortaya çıxmayıb və Zelenski Amerika siyasətinə qarışmaqdan imtina edib”, – qəzet yazır.

Xuraman Etibarlı

İnterpress.az