Tiqran Keosayan arzuolunmaz şəxs elan olundubackend

Tiqran Keosayan arzuolunmaz şəxs elan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həyat yoldaşı Marqarita Simonyanla (RT telekanalının, “Rossiya Seqodnya” və “Sputnik” agentliklərinin baş redaktoru) birlikdə Kremlin təbliğatının öndə gedən simalarından olan Tiqran Keosayana Qazaxıstanda arzuolunmaz şəxs statusunun verilməsi prosesinə başlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.

Aprelin 13-də Qazaxıstan bu il 9 May – Qələbə Günü ilə bağlı parad keçirməyəcəyini açıqlayıb. Bununla əlaqədar olaraq, aprelin 24-də Keosayanın özünün “YouTube” kanalında qazaxıstanlılara “Ukraynaya diqqətlə nəzər salmağı” məsləhət görüb. Ölkə Xarici İşlər Nazirliyi Tiqran Keosayanın bu sözlərini təhqiramiz və qərəzli adlandırıb.

“Həmin gün biz Keosayanın adının ölkəmizə girişi arzuolunmaz olan şəxslərin siyahısına daxil edilməsi prosesinə start verdik. Diplomatik praktikada biz bəzən bundan istifadə edirik”, – Aybek Smadiyarov bildirib.