Tovuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İnterpress.az-ın məlumatına görə, qəza rayonun İbrahim Hacılı kəndində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili ilə firmalardan birinə məxsus kiçiktutumlu yük avtomobili toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü R.Abdıyev, onun həyat yoldaşı, 1986-cı il təvəllüdlü S.Abdıyeva və kiçiktutumlu yük avtomobilinin sürücüsü, Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü E.Əliyev xəsarət alıblar. Hər üçü xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.