Tramp Facebook və Instagram-a qayıda biləcək.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
“Facebook” və “İnstagram”ın daxil olduğu Meta şirkəti ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesablarını yenidən aktivləşdirəcək.
Sabiq prezidentin hesablarının gələn həftə yenidən açılacağı bildirilib.
Qeyd edək ki, “Facebook” 6 yanvar 2021-ci ildə Trampın hesabını bağlayıb.