Mən olmasaydım, İsrail artıq mövcud olmayacaqdı.
İnterpress.az xəbər verir ki, bu barədə Donald Tramp bildirib.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyata başlamaq qərarı ilə İsraili məhv olmaq təhlükəsindən qurtardığını iddia edib.
O, verdiyi qərarın İsrail dövlətinin mövcudluğu üçün həlledici olduğunu vurğulayıb.
Tramp çıxışında “Mən olmasaydım, artıq heç bir İsrail olmayacaqdı” deyə bildirib.
Prezidentin bu fikirləri onun Yaxın Şərq siyasətinə yanaşmasını və özünün hərbi-siyasi addımlarına verdiyi yüksək qiyməti bir daha nümayiş etdirir.
Xuraman Etibarlı
İnterpress.az






