Tramp Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizəd kimi irəli sürülübbackend

Tramp Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizəd kimi irəli sürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konqresmen Mett Gets (Florida ştatını təmsil edən respublikaçı) cümə axşamı ABŞ-ın keçmiş prezidenti Donald Trampı Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizəd kimi irəli sürüb.

“Report” xəbər verir ki, iclas ABŞ-ın mərkəzi telekanalları tərəfindən canlı yayımlanır.

“Mən Donald Trampı Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizəd kimi irəli sürürəm”, – o bildirib.

Gets Trampın dövründə ABŞ-ın daxili və xarici siyasətində uğurların əldə olunduğuna əminliyini ifadə edib.

Konqresmen cümə axşamı günü spiker seçkilərində öncəki səsvermə zamanı Trampı dəstəklədiyini qeyd edib.

Qeyd edək ki, qaydalara görə, konqresmenlər rəsmi olaraq Nümayəndələr Palatasının spikeri vəzifəsinə təkcə qanunvericiləri deyil, digər şəxsləri də namizəd göstərə bilərlər.