Tramp və Si Cinpinin salamlaşma mərasimi 14 saniyə DAVAM EDİB – VİDEObackend

Tramp və Si Cinpinin salamlaşma mərasimi 14 saniyə DAVAM EDİB – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp və Si Cinpinin salamlaşması maraqla qarşılanıb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında keçirilən görüş zamanı diqqətçəkən məqamlardan biri onların salamlaşma mərasimi olub.

Hesablamalara görə, liderlərin salamlaşma əl sıxması düz 14 saniyə davam edib.

Maraqlıdır ki, əvvəlki görüşlərdən fərqli olaraq, bu dəfə liderlərin əl sıxması zamanı heç bir “çəkişmə” müşahidə olunmayıb.

Tərəflərin heç biri qarşı tərəfi özünə doğru çəkərək üstünlük nümayiş etdirməyə və ya protokol qaydalarını pozmağa cəhd etməyib.

Görüşün rəsmi hissəsi tərəflərin konstruktiv dialoq əhval-ruhiyyəsində olduğunu göstərib.

Xuraman Etibarlı

İnterpress.az