Türk həkimlərin fotoları avronun ÜZƏRİNDƏbackend

Türk həkimlərin fotoları avronun ÜZƏRİNDƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Mərkəzi Bankı avro əskinaslarının dizaynının dəyişdirilməsi prosesinə başlayıb.

Avropa Parlamentinin üzvü Moritz Körner əskinaslardan birinə koronavirus peyvəndini tapan “BioNTech”in qurucuları, türkiyəli alimlər, professor Özlem Türeci və Uğur Şahinin şəkillərinin vurulmasını təklif edib.

Alman deputat  Şahin və Türecinin milyonlarla insanın həyatını xilas etdiyini bildirib.

Qeyd edək ki, Avropa Mərkəzi Bankı dekabrın əvvəlində 500 avrodan başqa əskinasların şəkillərinin 2024-cü ildə dəyişdiriləcəyini açıqlayıb.  /Modern.az/