Türk professordan ittiham: “İrəvanı sülhdən çəkindirən Fransa və ABŞ-dır“backend

Türk professordan ittiham: “İrəvanı sülhdən çəkindirən Fransa və ABŞ-dır“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrəvanla Bakı arasındakı fikir ayrılıqlarının həll edilməməsinin əsas səbəbkarı Fransa və ABŞ-dır”.

Yenisabah.az “Mehr News”a istinadla xəbər verir ki, bunu Ankara Universitetinin professoru Səncər İmer bildirib.

“Fakt budur ki, Türkiyənin Azərbaycanla çox yaxşı münasibətləri var. Dağlıq Qarabağ məsələsində onun mövqeyi Azərbaycan mövqeyinə yaxındır və hətta bu istiqamətdə Azərbaycana hərbi məsləhətlər və siyasi dəstək verib. Ankaranın Bakının enerjisinə ehtiyacı var və iki ölkə illərdir əməkdaşlıq edir. Azərbaycan da iqtisadi vəziyyətini enerji mənbələri ilə tənzimləyib.

Bakı ilə İrəvan arasında atəşkəs əldə olunsa da, iki ölkə arasında hələ də sülh müqaviləsi yoxdur. Buna görə də Rusiya və İranın Azərbaycanla Ermənistan arasındakı münasibətləri yaxşılaşdırmaq üçün və Ermənistanla Azərbaycan arasında sülh bərqərar olduqdan sonra münasibətləri normallaşdırmaq üçün vasitəçilik etməsi lazımdır. Türkiyə diplomatik yolla getməlidir, Ankara indiki vəziyyətdə Ermənistanla danışıqlara girərsə, bu, Azərbaycanla Türkiyə arasındakı münasibətləri mütləq pozacaq”.

Səncər İmer əlavə edib: “Rəsmi Bakı hökumətinin təklif etdiyi Türkiyə, Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan və İrandan ibarət “3+3″ əməkdaşlıq formatında işləyə bilər. Təəssüf ki, İrəvanla Bakı arasındakı fikir ayrılıqlarının həll edilməməsinin əsas səbəbi Fransa və ABŞ-dır”.