Türk qırıcıları terrorçuları məhv edir backend

Türk qırıcıları terrorçuları məhv edir 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında terrorçuların mövqeyinə zərbə endirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“İraqın şimalındakı Metina və Avaşin Basyan bölgələrində keçirilən “Pəncə-Şimşək” və “Pəncə-İldırım” əməliyyatları nəticəsində 5 PKK terrorçusu PUA-larımız tərəfindən zərərsizləşdirilib. Zərərsizləşdirilən PKK terrorçularının sayı 42-yə çatıb”, – məlumatda bildirilib.

Qeyd edək ki, “Pəncə-Şimşək” və “Pəncə-İldırım” əməliyyatları aprelin 24-də başlayıb.

 

 

 

İnterpress.az