Türkiyə Afrika qitəsi ilə əlaqələrini inkişaf etdirməyə davam edirbackend

Türkiyə Afrika qitəsi ilə əlaqələrini inkişaf etdirməyə davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Afrika qitəsi ilə əlaqələrini inkişaf etdirməyə davam edir.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Afrika qitəsi ilə tarixi əlaqələri olan Türkiyə 2022-ci ildə etibar, dostluq və qazan-qazan əsasında diplomatik, mədəni, iqtisadi və təhlükəsizlik əlaqələrini ən yüksək səviyyədə saxlayıb.
Türkiyənin son illərdə Afrika qitəsi ilə əlaqələrinin və əməkdaşlığının yaxşılaşdırılması istiqamətində fəaliyyəti onun çoxşaxəli xarici siyasətinin mühüm təməl prinsiplərindən birini təşkil edir.

Beynəlxalq sistemdə fəal rola malik olan Afrika qitəsi qlobal səhnədə getdikcə daha vacib bir aktyora çevrilmişdir.

Qitənin iqtisadi, kommersiya və geosiyasi dəyərləri Çin, ABŞ, Rusiya, Hindistan və Cənubi Koreya kimi ölkələrdən investorları cəlb edir.

Fransa, İngiltərə, İspaniya, Portuqaliya və Almaniya kimi Qərb dövlətlərinin illər boyu istismar etməsi Afrikanın xarici investorlara etibar problemlərinə səbəb olub.

“Afrika problemlərinə Afrika həlləri” prinsipi ilə qitədə varlığı olan Türkiyə, tarixi, sosial, siyasi və mədəni keçmişinə uyğun olaraq Afrikadakı fəaliyyətlərini davam etdirir.