“Türkiyə-Ermənistan münasibətlərinin yaxınlaşması…” – Politoloqbackend

“Türkiyə-Ermənistan münasibətlərinin yaxınlaşması…” – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Ankarada Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında təkbətək görüş baş tutub. Daha sonra Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu erməni həmkarı Ararat Mirzoyanla birlikdə keçirdiyi mətbuat konfransında qeyd edib ki, Cənubi Qafqazdakı normallaşma prosesi davam edir. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması regionda sülhə töhfə verəcək. Ermənistan xarici işləri naziri Ararat Mirzoyan isə vurğulayıb ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır və rəsmi İrəvan diplomatik münasibətlərin bərpasının tərəfdarıdır.

Bu görüşün mümkün təsirləri ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin (BMDAM) sədri Samir Hümbətov öz fikirlərini İnterpress.az-la bölüşüb.

O, bildirib ki, sözügedən görüşdə Ermənistanın Azərbaycanla münasibətinin də müzakirə olunacağı gözləniləndir:

“Səfər çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan zəlzələ baş verən bölgəni ziyarət edəcək və oradakı erməni xilasetmə qruplarının işləri ilə tanış olacaq. Bundan başqa, görüşdə Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan və və eyni zamanda üç dövlətin ümumi münasibətləri müzakirə oluna bilər. Türkiyə tərəfi Ermənistanla istənilən formada danışıqların yalnız Azərbaycanla münaibətlərin normallaşmasından keçdiyini vurğulaya bilər. Çünki ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu verdiyi açıqlamada qeyd olunmuşdu ki, ikinci hissə yardım maşınlarının göndərilməsi ilə bağlı Türkiyə Ermənistanla sərhədi Azərbaycanın razılığından sonra icazə verib.

Hesab edirəm ki, Türkiyə-Ermənistan münasibətlərinin yaxınlaşması Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşmasına təsir edən amillərdən biridir. Bu baxımdan indiki məqamda tərəflərin görüşü və bəzi məsələləri müzakirə etməsi ikili və çoxtərəfli münasibətlərə müsbət təsir göstərə bilər”.