Türkiyə ilə Rusiya arasında uçuşların sayı artırbackend

Türkiyə ilə Rusiya arasında uçuşların sayı artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Nəqliyyat Nazirliyi Türkiyə ilə qarşılıqlı aviareyslərin sayını artırmaq üçün razılığa gəldiyini açıqlayıb.

Bu barədə İnterpress.az yerli mətbuata istinadən xəbər verir.

Qarşılıqlı hava uçuşları ilə bağlı qərarın iki ölkə arasında ən yüksək səviyyədə əldə edilən razılaşma çərçivəsində alındığı bildirilib.

Həftədə 1300-dən çox uçuş həyata keçiriləcək.

Qəbul edilən qərar çərçivəsində qarşılıqlı aviareyslərin artacağına dair məlumatların yer aldığı açıqlamada Rusiya və Türkiyə hava yolu şirkətlərinin həftədə ümumilikdə 1300-dən çox uçuş həyata keçirə biləcəkləri qeyd edilib.