Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) Suriyada keçirdiyi yeni əməliyyat nəticəsində PKK/YPG teror qruplaşmasının rəhbərlərindən biri məhv edilib.
İnterpress.az “Anadolu”ya istinadən xəbər verir ki, “Abu Dahham” kod adlı terrorçu Ömer Abdullah el Dahham Suriyanın Tabka vilayətinin rəhbəri olub.
Məlumata görə, terrorçu 2017-ci ildən etibarən “Fırat Qalxanı” və “Barış Pınarı” əməliyyatlarının icra edildiyi bölgələrdə Türkiyə Silahlı Qüvvələrinə qarşı təşkil olunan terror aktlarında iştirak edib.
O, MİT-in xüsusi qrupu tərəfindən addım-addım izlənilirmiş.