Türkiyə Müdafiə Nazirliyi PKK-nı şərtsiz silahı yerə qoymağa ÇAĞIRDIbackend

Türkiyə Müdafiə Nazirliyi PKK-nı şərtsiz silahı yerə qoymağa ÇAĞIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Öcalanın mesajından sonra Türkiyə Müdafiə Nazirliyi PKK-nı “şərtsiz” silahı yerə qoymağa çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat katibi Zeki Aktürk həftəlik brifinqdə bildirib.

Kürd hərbi-siyasi təşkilatı PKK və onunla əlaqəli bütün qruplar “terror fəaliyyətlərini dayandırmalı, dağılışmalı, dərhal və qeyd-şərtsiz silahlarını yerə qoymalı və təslim olmalıdırlar”.

O, atəşkəs kimi PKK lideri Öcalanın mesajının mətnində yer almayan məsələləri gündəmə gətirməklə çaşqınlıq yaratmamalı olduğunu vurğulayıb.

Xatırladaq ki, fevralın 27-də PKK-nın qurucusu Abdulla Öcalan tərəfdarlarını silahı yerə qoymağa və qruplaşmanı dağıtmağa çağırıb.

Təşkilat 1984-cü ildən Türkiyə ilə hərbi əməliyyatlar aparır, türk kürdlərinə muxtariyyət yaradılmasını tələb edir.

Xuraman Etibarlı

İnterpress.az