Türkiyə qaz idxalından asılılığını 30% azalda bilərbackend

Türkiyə qaz idxalından asılılığını 30% azalda bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyənin Qara dənizin dibində yeni yataqların işlənməsi niyyəti ölkənin idxal qazından asılılığının 30% azalmasına səbəb ola bilər”.

Bunu Türkiyənin təbii sərvətlər və energetika naziri Fatih Dönməz bildirib.

“Qara dəniz qazı istifadəyə veriləndə və tam hasilatına başlayanda ümumi istehlakçıların 25-30%-i öz qazımızdan istifadə edəcək. Təbii qazdan xarici asılılığımız 70%-ə qədər azalacaq” – deyə, o bildirib.

Nazir əlavə edib ki, Qara dənizin dibində yeni yataqlar aşkar olunarsa, Türkiyənin yanacaq idxalından asılılığı da azala bilər.