Türkiyə, Rusiya və Suriya xarici işlər nazirləri görüşəcək: “Rusiya Türkiyəyə borcludur”backend

Türkiyə, Rusiya və Suriya xarici işlər nazirləri görüşəcək: “Rusiya Türkiyəyə borcludur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarşıdakı aylarda Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqda quru əməliyyatına başlaması əslində hakimiyyətin maraqlarına uyğundur”.

İnterpress.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun yanvarda rusiyalı və suriyalı həmkarları ilə görüşəcəyi ilə bağlı gözləntini şərh edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyib.

Onun sözlərinə görə, daha əvvəl hər üç ölkənin müdafiə nazirləri və kəşfiyyat idarələrinin rəisləri görüşüb və Suriyadakı durumu müzakirə etmişdilər. Bu baxımdan prosesin davamının gələcəyi gözlənilən idi:

“İş orasındadır ki, Türkiyə Suriya və İraqın şimalında terrorçuların olmasından narahatdır. Əlbəttə, Ankaranın bu narahatlığı başadüşüləndir. Çünki həmin terrorçular Türkiyənin təhlükəsizliyi üçün təhdiddir. Məsələnin iki həlli yolu var ki, ya Rusiya və Suriya hökumətləri razılaşaraq həmin terrorçuları ərazidən çıxarmalı, ya da Türkiyə bunu anti-terror əməliyyatı ilə etməlidir. Doğrudur, xüsusilə Ukrayna müharibəsindəki neytral mövqeyinə görə Rusiya Türkiyəyə borcludur. Yəni Rusiya Prezidenti Vladimir Putin həmkarı Rəcəb Tayyib Ərdoğanla Suriya məsələsinə görə qarşıdurmaya getməməyə çalışar. Ehtimal edilən anti-terror əməliyyatları əslində Suriya üçün də arzuolunan ssenari deyil.

Qarşıdakı aylarda Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqda quru əməliyyatına başlaması əslində hakimiyyətin maraqlarına uyğundur. Mayda keçiriləcək parlament və prezident seçkiləri ərəfəsində başladılan əməliyyatlar hakim AK parti iqtidarına “xal qazandıra bilər”. Çünki belə olarsa, ictimaiyyətin diqqəti həmin əməliyyatlara yönəcək və alternativ iqtidar barədə daha az düşünəcəklər. Fikrimcə, baş diplomatların nəzərdə tutulan görüşü konkret nəticələrlə yadda qalacaq. Məhz bu təmasların nəticəsində Türkiyə Silahlı Qüvvələrinin yaxın gəlcəkdə Suriya və İraqda quru əməliyyatlarına başlaması tamamilə gözləniləndir”.