Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca: “Bu ağır nəticəni gözləyirdik”backend

Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca: “Bu ağır nəticəni gözləyirdik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünən son 45 gündə ən çox COVID-19-a yoluxma sayını açıqladıq. Belə bir nəticəni gözləyirdik”.

İnterpress.az-ın xəbərinə görə, Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmanın yüksəlməsi ilə bağlı narahatlığını ifadə edib.

Nazir COVID-19-la kütləvi mübarizə aparmaq üçün Türkiyə əhalisinə çağırış edib: “Hər birimiz bu mübarizədə səhiyyə ordumuzun cəhdlərinə dəstək verərək bu bəladan qurtara bilərik. Tədbirlərə əməl edək ki, gözəgörünməz virusa birgə qalib gələk”.

Qeyd edək ki, Türkiyədə COVID-19-a yoluxma sayında şübhəlilər artdığı üçün, testlərin də sayı artıb. Srağagün 70 192 şübhəli koronavirus testindən keçib  və onlardan 1226-nın  cavabı pozitiv çıxıb. Dünən isə 67 214 nəfər koronavirus testindən keçib ki, onlardan 1256-ı COVID-19-a yoluxmuş olub.

Nazir ağır xəstə saylarının artdığını da deyib, onlar arasında risk qrupuna daxil olanların və yaşlıların çoxluq təşkil etdiyini vurğulayıb.

Qeyd edək ki, dünəndən başlayaraq Türkiyənin 12 vilayətində yaşı 65 yaşdan yuxarı olanların hər vilayət üzrə müxtəlif saatlarda küçəyə çıxmalarına qadağa qoyulub.  Bəzi vilayətlərdə qələbəliklə keçirilən mərasimlərə yaşı 15-dək olanların da buraxılması qadağan edilib.

Həmçinin bəzi bölgələrdə toy, nişan, xınayaxdı, sünnət və dini mərasimlərin kütləvi şəkildə keçirilməsinə yeni məhdudiyyətlər tətbiq olunub.

 

İnterpress.az