Türkiyədə 112-yə lazımsız zəng edən 96 adam cəzalandırılıbbackend

Türkiyədə 112-yə lazımsız zəng edən 96 adam cəzalandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il Adanada 112 Təcili Zəng Mərkəzinə lazımsız zəng edən 96 nəfərə 59 min 773 lirə cərimə kəsilib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

2022-ci ildə 112 Təcili Zəng Mərkəzinə edilən 2 milyon 831 min 157 zəngdən 1 milyon 55 min 674-ü mübahisəyə çevrilib.

Lazımsız yerə xəttə zəng edərək məşğul olduğu təsbit edilən 96 nəfərə 59 min 773 lirə cərimə kəsilib.

Danışıqlar zamanı dövlət məmurlarını, ictimai qurum və təşkilatları, şəxsi heyəti təhqir edən 41 nəfər barəsində cinayət işi başlanıb.