Türkiyədə 7 ildir axtarışda olan keçmiş polis rəisi həbs edilibbackend

Türkiyədə 7 ildir axtarışda olan keçmiş polis rəisi həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FETÖ üzvü olduğu iddiası ilə 7 il axtarışda olarkən Ankarada saxlanılan sabiq polis rəisi həbs edilib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Ankara Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən aparılan işlər nəticəsində FETÖ silahlı terror təşkilatına üzv olmaq cinayətinə görə axtarışda olan və 2016-cı ildən axtarışda olan polis rəisi Ergin Doğru vəzifəsindən azad edilib. Keçiören mahalında edilən əməliyyat zamanı tutulub.

Əməliyyat şöbələrində kritik vəzifələr yerinə yetirən və sözügedən terror təşkilatı tərəfindən “təşkilata sadiq” olaraq kodlanan Doğrunun Bylock kripto kommunikasiya proqramından istifadə etdiyi və Bank Asyada hesablarının olduğu müəyyən edilib.

Yaxalanmamaq üçün xarici görkəmini dəyişdiyi aşkarlanan Doğrunun telefon daşımadığı və davamlı olaraq ünvanını dəyişdiyi anlaşılıb.

Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən Doğru hakimlik tərəfindən tutularaq həbsxanaya göndərilib.