Türkiyədə dəhşət: Tələbənin başını kəsib sinəsinə tikdilərbackend

Türkiyədə dəhşət: Tələbənin başını kəsib sinəsinə tikdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antalyada tələbə yataqxanasında dəhşətli cinayət hadisəsi qeydə alınıb. 

yataqxanada aşpaz işləyən İhsan Güneylə tələbə Mehmet Sami Tuğrul arasında mübahisə  yaşanıb. Hadisə zamanı ətrafdakı insanlar onları ayırmağa çalışsa da, buna nail ola bilməyiblər.

Əlbəyaxa davadan sonra İhsan tələbənin başını kəsib. Cani bundan sonra mərhumun başını sinəsinə tikib. Dəhşətli əməldən sonra o, polis tərəfindən saxlanılıb. Polislərə ilkin ifadəsində, aşpaz Mehmetin çox sakit bir tələbə olduğunu etiraf edib.

Faktla bağlı cinayət işi açılıb. İhan Güney həbs olunub.

Qeyd edək ki, Mehmet Sami Tuğrul Akdeniz Universiteti Kompüter Mühəndisliyi fakültəsinin 1-ci kurs tələbəsi olub.