Türkiyədə əməliyyat: 56 nəfər saxlanıldıbackend

Türkiyədə əməliyyat: 56 nəfər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Samsun şəhərində son 2 həftədə qaçaqmalçılıq əməliyyatlarında 56 şübhəli saxlanılıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

1-17 noyabr tarixləri arasında qaçaqmalçılıq və narkotik maddə istifadəsinə qarşı əməliyyat keçirilib.

Əməliyyatlar zamanı qaçaqmalçılıq yolu ilə 237 sikkə, 5,826 qram bitki mənşəli çətənə, 3,480 qram skunk, 224 qram metamfetamin, 32 ədəd sintetik narkotik həb, 29,54 litr mazut, 5,660 qram hububat,10, Amisos dövrünə aid tüfəng, 4 qaçaq cib telefonu ələ keçirilib.

Bu hadisələrlə bağlı 56 nəfər saxlanılıb.