Türkiyədə evdə yanğınla nəticələnən partlayış olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, hadisə Bursansanın Orhanqazi rayonunda baş verib.
Belə ki, binanın 2-ci mərtəbəsindəki mənzildə qeydə alınan partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.
Hadisə yerinə polis və yanğınsöndürənlər göndərilib.