Türkiyədə hərbçiləri daşıyan avtomobil aşıb, 1 əsgər ölüb, 3-ü yaralanıbbackend

Türkiyədə hərbçiləri daşıyan avtomobil aşıb, 1 əsgər ölüb, 3-ü yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Tokat bölgəsində hərbi avtomobilin aşması nəticəsində 1 əsgər ölüb, 3-ü yaralanıb.

Məlumatı “Anadolu” agentliyi yayıb.

Hadisə Tokat-Niksar avtomobil yolunun Almus qovşağında baş verib. İlkin məlumata görə, qəzaya yolun buz bağlaması səbəb olub.

Yaralılar Tokatdakı dövlət xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.