Türkiyədə məktəblər üçün istehsal edilən 1,6 milyon çörək zəlzələ bölgəsinə göndərilib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Həmin çörəklər məktəblərin çörək sexlərində istehsal edilir.
Zəlzələdən zərər çəkmiş 10 əyalətə çörək göndərilir. Gündəlik 1 milyon 600 min çörək istehsal olunur.
İndiyədək 1,6 milyon çörək həmin bölgəyə çatdırılıb.