Türkiyədə meşə yanğınları: nazir son durumu açıqladıbackend

Türkiyədə meşə yanğınları: nazir son durumu açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə baş verən yanğında daha iki nəfər həlak olub.

Antalyanın Manavqat rayonunda yanğını söndürən xilasedicilərdən ikisi həyatını itirib, dörd nəfər isə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, dünən Türkiyənin meşə və kənd təsərrüfatı naziri Manavqatda üç, Marmarisdə isə bir nəfərin yanğın fəlakətindən vəfat etdiyini açıqlamışdı. Bununla da Türkiyədəki yanğınlarda həlak olanların sayı altıya çatıb.

***

Xəstəxanalarda müalicə alan 410 nəfərdən 400-ü artıq evə buraxılıb.

Bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca deyib

Nazir qeyd edib ki, Marmaris və Bodrumda baş verən meşə yanğınları nəticəsində 160 nəfər xəsarət alıb. Onlardan 159-nun müalicəsi artıq başa çatıb.