Türkiyədə seçicilərini daşıyan avtobus yük maşınına çırpılıb: 22 nəfər yaralanıbbackend

Türkiyədə seçicilərini daşıyan avtobus yük maşınına çırpılıb: 22 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Anadolu magistralının Sakarya hissəsində partiya seçicilərini İstanbuldan Orduya aparan avtobus geri dönərkən yük maşınına çırpılıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Baş verən yol qəzasında 22 nəfər xəsarət alıb.

Salih Karahanın rəhbərliyi altında AK Partiya seçicilərini daşıyan avtobus İstanbulun Sapanca Yanık məntəqəsi istiqamətində hərəkətdə olan Evren Bulutun idarə etdiyi yük maşınına çırpılıb.

Hadisə yerinə polis, səhiyyə və yanğınsöndürmə briqadaları göndərilib.

Avtobusda sıxılmış vəziyyətdə qalan sürücü yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Qəzada yaralanan 22 nəfər hadisə yerində edilən müdaxilənin ardından Sakarya və Kocaeli xəstəxanalarına aparılıb.