Kastamonuda sərnişin avtobusunun aşması nəticəsində 30 nəfər xəsarət alıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Hadisə Kastamonu-Sinop avtomobil yolunun Taşköprü rayonu Çetmi kəndi ərazisində baş verib.
Belə ki, idarəetmədən çıxan sərnişin avtobusu qarşı zolağa çıxaraq aşıb.
Yaralılar təcili yardım maşınları ilə şəhərin müxtəlif xəstəxanalarına aparılıb.