Türkiyədə sərnişin avtobusu aşıb, xəsarət alanlar varbackend

Türkiyədə sərnişin avtobusu aşıb, xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Sivas şəhərində sərnişin avtobusu aşıb.

İnterpress.az “Haber Global”a istinadən xəbər verir ki, Ankaradan Van istiqamətinə hərəkət edən sərnişin avtobusu Kayseri-Malatya magistral yolunun Sivasın Gürün rayonu hissəsində idarəetməni itirib.

Hadisə nəticəsində avtobusda olan 39 nəfərdən 11-i xəsarət alıb. Yaralılar təcili yardım maşınları ilə Gürün Dövlət Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.