Türkiyədə zəlzələ nəticəsində evsiz qalan 100 min nəfər otellərə yerləşdirilib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Onlar ölkə üzrə 21 vilayətdə otellərə yerləşdirilib.
Zəlzələ qurbanlarının çoxu AFAD-ın təşkilatçılığı ilə Antalya, Muğla və Mersin başda olmaqla bir çox şəhərə təyyarə və avtobuslarla, bəziləri də öz avtomobilləri ilə aparılıb.