Türkiyədə zəlzələdə dağılan binalara məsuıiyyət daşıyan daha 5 nəfər həbs edildibackend

Türkiyədə zəlzələdə dağılan binalara məsuıiyyət daşıyan daha 5 nəfər həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Adana şəgərində zəlzələlərdə dağılmış binaların inşası zamanı təhlükəsizlik qaydalarına və tələb olunan digər standartlara riayət edilmədiyinə görə məsuliyyət daşıyan daha 5 nəfər həbs olunub.

İnterpress.az xəbər verir ki, Adanada zəlzələ nəticəsində dağılan binalarla bağlı aparılan istintaq çərçivəsində nəzarətə alınan 5 şübhəli həbs edilib.

Şübhəlilər növbətçi E.N.S., A.Ş., H.Z.Y., H.A. və Ö.F.G., həbs olunub.

İstintaq çərçivəsində tutulan digər 10 şübhəlinin istintaqı davam etdirilir.

Mete, Sami Bəy, Ekim, Alpargün, Belük, Sinem, Tutar Yapı, Zeray, İhsan Bayram, Özgür və Kubilay adlı zəlzələlərdə şəhərdə inşa edilən mənzillərin yıxılması ilə bağlı aparılan istintaq çərçivəsində aralarında inşaat mühəndislərinin də olduğu 15 şübhəli, podratçı, statik məsul texniki məmurlar və kooperativ idarəçiləri 14 Fevralda nəzarətə alınıb.