Türkiyədə zəlzələdən sonra dağılan binalarla bağlı araşdırma: 83 nəfər həbs edildibackend

Türkiyədə zəlzələdən sonra dağılan binalarla bağlı araşdırma: 83 nəfər həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraşda baş verən zəlzələlərdə dağılan binalarla bağlı aparılan araşdırmalarda məsuliyyətə cəlb edilən 83 şübhəli həbs edilib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

11 vilayətdə baş vermiş zəlzələlər nəticəsində dağılmış binalarla bağlı başladılan araşdırmalarda 309 nəfər şübhəli şəxs qismində məsuliyyətə cəlb edilib.

Saxlanılan şübhəlilərdən 83 nəfəri həbs edilib, 62 şübhəli barəsində isə məhkəmə nəzarəti həyata keçirilib. Bundan başqa, şübhəli bilinən 8 nəfər barəsində həbs qətimkan tədbiri, 69 nəfər barəsində isə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun əmri ilə 18 nəfər hələ də həbsdə olsa da, şübhəlilərdən 10-nun həyatda olmadığı müəyyən edilib. Araşdırmalarda 4 şübhəlinin xaricdə olduğu müəyyən edilib, 24 şübhəli isə ifadələrinin ardından sərbəst buraxılıb.