“Türkiyədə seçkilərin tarixi bəlli olub: 14 mayda prezident və parlament seçkiləri eyni gündə keçiriləcək”.
İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.
O bildirib ki, çətin seçki olacağı bəllidir: “O da bəllidir ki, bu seçkilərin təkcə Türkiyənin yox, Azərbaycanın, ümumilikdə regionun da gələcəyinə təsiri olacaq. 14 maya qədər Azərbaycanın üçtərəfli razılaşmalarla bağlı, xüsusilə 10 noyabr bəyanatının 4-cü bəndinin (erməni qoşunların çıxarılması) icrası istiqamətində praktiki addımlar ata biləcəyi də istisna deyil. Ümumilikdə təkcə Türkiyədə yox, bizim regionda da maraqlı proseslər gözlənilir”.