Türkiyədəki zəlzələnin baş verdiyi anın dəhşətli görüntüləri – VİDEObackend

Türkiyədəki zəlzələnin baş verdiyi anın dəhşətli görüntüləri – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə xeyli sayda insan tələfatı və genişmiqyaslı dağıntılarla nəticələnən zəlzələnin baş verdiyi anın görüntüləri yayılıb.

İnterpress.az xəbər verir ki, görüntülərdə yeraltı təkanın necə güclü olduğu öz əksini tapıb.

Xatırladaq ki, fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan zəlzələ baş verib.

Zəlzələ 7,7 bal gücündə olub və ölkənin 10 vilayətində dağıntılara və itkilərə səbəb olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 7 günlük matəm elan edib. Həmçinin zəlzələnin baş verdiyi 10 şəhərdə 3 aylıq fövqəladə vəziyyət elan olunub.