Türkiyənin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrə ixracı ötən il 2022-ci ilə nisbətən 14,2 faiz artaraq 6 milyard 831 milyon dollara çatıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Ən çox ixrac Azərbaycana olub.
Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan) yeni konyukturada irəli sürdükləri vizyon, layihələr və fəaliyyətləri ilə getdikcə daha mühüm güc mərkəzinə çevrilirlər. Ölkələr tərəfdaşlıq əsasında birlik, əməkdaşlıq, həmrəylik və inteqrasiyanı gücləndirərkən, Türkiyə bu ölkələrlə ticarətində irəliləyişə davam edir.
Üzv ölkələr öz qaynaqları, gücləri və baxışları ilə dünyanın ərzaq və enerji böhranları ilə mübarizə apararkən, dünyanın mühüm logistika kanalları və geostrateji mövqeləri bu ölkələrin əhəmiyyətini artırır.
Son illər Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında ticarət dövriyyəsində böyük artım var. Üzv ölkələr arasında ticarət dövriyyəsi 2022-ci ildəki 33 milyard dollardan 2023-cü ildə 42 milyard dollara yüksəlib.
Ölkələrin təxminən 170 milyon əhalisi var, əksəriyyəti gənclərdir. Ümumi milli gəliri 1,5 trilyon dollar olan üzv ölkələr; Zəngin təbii sərvətləri və dünyanın ən mühüm ticarət yolları üzərində Orta Dəhlizdə yerləşməsi səbəbindən kommersiya və iqtisadi əməkdaşlıq üçün böyük imkanlar təklif edir.