Türkiyə Silahlı Qüvvələrinə məxsus döyüş və dəstək təyyarələri təlim uçuşları həyata keçirib.
İnterpress.az xəbər verir ki, uçuşlar Egey dənizində beynəlxalq hava məkanında reallaşdırılıb.
Türkiyənin Milli Müdafiə Nazirliyi təlim uçuşu zamanı çəkilmiş görüntüləri paylaşıb.