Türkiyəyə məxsus gəmi Yunanıstan bayrağı altında üzən gəmi ilə toqquşaraq çevrilib: Ölənlər varbackend

Türkiyəyə məxsus gəmi Yunanıstan bayrağı altında üzən gəmi ilə toqquşaraq çevrilib: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aralıq dənizində Türkiyəyə məxsus balıqçı gəmisi Yunanıstan bayrağı altında üzən tankerlə toqquşaraq çevrilib.

“Euronews” xəbər verib ki, nəticədə balıqçı gəmisində olan dörd nəfər həyatını itirib, bir nəfər itkin düşüb.

Hadisə Adana vilayətinin Karataş rayonunun sahil sularından təxminən 24 kilometr uzaqda baş verib.

Hələ ki, hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Türkiyə Sahil Mühafizəsi Xidmətindən verilən məlumata əsasən, itkin düşən gəmi üzvünün axtarışına üç sahil mühafizə gəmisi və dalğıc qrupları cəlb olunub.

 

İnterpress.az